Bakıda ana və qızı BIÇAQLANDI- 14 yaşlı yeniyetmə öldü

Bakıda bir nəfərin ölümü, daha bir nəfərin yaralanması ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Telexeber.az-a Baş Prokurorluğun Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, fevralın 2-si saat 01 radələrində Sabunçu rayonu ərazisində 2009-cu il təvəllüdlü Günay Şadatovanın xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

İlkin araşdırma zamanı Zaur Babayevin bıçaqla 1980-ci il təvəllüdlü Əfsanə Şadatova və onun qızı Günay Şadatovaya xəsarət yetirməsi və sonuncunun aldığı xəsarətdən xəstəxanada ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb.

İbtidai istintaq davam etdirilir.
  • Нравится
  • 0
Полный после этого

игры для xbox one скачать
действия
Популярный ролик