PSJ ilk dəfə Çempionlar Liqasının finalında

PSJ ilk dəfə Çempionlar Liqasının finalındaFutbol üzrə UEFA Çempionlar Liqasında 2019/20 mövsümünün yarımfinal mərhələsinə start verilib.
Telexeber.az xəbər verir ki, ilk oyun günündə 1 matç keçirilib. Almaniya "Leyptsiq"i Lissabondakı "Eştadiu da Luş" stadionunda Fransa PSJ-si ilə qarşılaşıb. Matç Paris təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bununla da komanda tarixində ilk dəfə olaraq ÇL-in finalına yüksəlib.

Qeyd edək ki, yarımfinalın digər görüşündə sabah "Lion"la "Bavariya" üz-üzə gələcək. ÇL-in finalı isə avqustun 23-ü keçiriləcək.
Популярный ролик