"Trabzonspor"un futbolçusu Almaniya klubuna keçdi
Facebook
Вконтакте
Одноклассники
Google+
Türkiyənin "Trabzonspor" klubunda icarə əsasında oynayan Aleksander Serlot Almaniyanın "Leyptsiq" komandasına transfer olunub.
Telexeber.az xəbər verir ki, bu barədə "Trabzonspor" klubundan rəsmi açıqlama verilib. Bundesliqa təmsilçisinin bu transfer üçün Superliqa klubuna 20 milyon təzminat ödəyəcəyi bildirilib. Bu məbləğin yarısının hücumçunun müqavilə ilə məxsus olduğu İngiltərənin "Kristal Palas" klubuna veriləcəyi bildirilib.
Qeyd edək ki, 24 yaşlı oyunçu ötən il "Trabzonspor"a keçmişdi. Onun Türkiyə təmsilçisi ilə icarə müqaviləsi gələn ilin yayında başa çatırdı.
Mənbə: Ntvspor