Avro-2020-nin final oyununu onlar idarə edəcək

Avro-2020-nin final oyununu onlar idarə edəcəkİtaliya və İngiltərə yığmaları arasında futbol üzrə Avropa çempionatının final matçına təyinatlar açıqlanıb.
Telexeber.az xəbər verir ki, görüşü niderlandlı FIFA referisi Byörn Kuypers idarə edəcək. Ona yan xətt hakimləri Sander van Rukel və Ervin Zeynstra köməklik göstərəcəklər.

Dördüncü hakim funksiyasını isə Bastian Dankert yerinə yetirəcək.

Qeyd edək ki, iyulun 11-də İngiltərənin paytaxtı Londondakı "Uembli" stadionunda keçiriləcək final oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Популярный ролик