Putin inflyasiyadan danışdı: Əsas vəzifəmiz vətəndaşların gəlirlərini artırmaqdır

Putin inflyasiyadan danışdı: Əsas vəzifəmiz vətəndaşların gəlirlərini artırmaqdır"Rusiyada inflyasiya bu il təxmin edilən 5,8 faizin üstündə olacaq. Yüksək inflyasiya əhalinin ən yoxsul təbəqələrini təsir edir. Buna uyğun olaraq reaksiya verib addımlar atmalıyıq".

Telexeber.az xəbər verir ki, bu açıqlamanı Rusiya prezidenti Vladimir Putin Dumada keçirtdiyi iclas əsnasında bildirib. Vətəndaşlara inflyasiya şəraitində dəstək olmaq üçün müxtəlif addımların atılacağını ifadə edən Putin, "Hökumətə bir ay ərzində vətəndaşlarımıza sosial dəstək tədbirləri ilə bağlı əlavə təkliflər verməyi tapşırdım" deyib.
Rusiyanın ən böyük problemlərindən birinin yoxsulluq olduğuna diqqət çəkən Putin qeyd edib ki, "Ölkəmiz, yəni bütün cəmiyyətimiz çətin problemlərlə üzləşir. Sabit inkişafı təhdid edən əsas düşmənimiz, demoqrafiyamız vətəndaşlarımızın, milyonlarla xalqımızın aşağı gəliridir. Əsas vəzifəmiz vətəndaşların gəlirlərini artırmaqdır. Ölkənin bütün bölgələrində iş yerləri açmaq, iqtisadiyyatı daha da genişləndirmək, yüksək texnologiyalı sənayeləri dəstəkləmək, kiçik biznesin inkişafını maneə törədən səbəbləri aradan qaldırmaq və bununla da insanlara mümkün qədər çox imkanlar yaratmağa çalışmalıyıq" deyə Putin bildirib.
Популярный ролик