Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildi

Səhiyyə Nazirliyinə yeni səlahiyyət verildiNazirlər Kabineti “Epidemik göstərişlərə görə profilaktik peyvəndlərin aparılma müddəti və Qaydasının təsdiq edilməsi barədə” qərara dəyişiklik edib.

Telexeber.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.Qərara əsasən, yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq məqsədilə əhali arasında immunsəviyyənin yüksəldilməsi üçün immunoprofilaktikanı təmin edən qurumların siyahısına Səhiyyə Nazirliyi də əlavə olunub.
Belə ki, bundan sonra nazirliyin və idarəetmə orqanlarının müvafiq strukturları tərəfindən profilaktik peyvəndlər aparılacaq.

Xatırladaq ki, bu səlahiyyət əvvəllər də nazirlikdə olub. Amma ötən ilin noyabr ayında Nazirlər Kabinetinin qərarı ilə bu səlahiyyət nazirlikdən alınmışdı.
Популярный ролик