"Çinin yüksəlişi yeni bir qlobal güc balansı yaradır” - NATO Baş katibi

"Çinin yüksəlişi yeni bir qlobal güc balansı yaradır” - NATO Baş katibiNATO Çini yeni düşmən olaraq görmür. Ancaq görünən odur ki, bu ölkənin yüksəlişi yeni bir qlobal güc balansı yaradır”.
Telexeber.az bildirir ki, bu sözləri NATO-nun Baş katibi Yens Stoltenberq deyib
“Çinin Şimal Qütbü, Afrika və NATO üzvlərinin kritik əhəmiyyətli infrastrukturlarına investisiya qoyduğunu görürük. Rusiya ilə getdikcə birlikdə çalışırlar və bütün bunların NATO üçün təhlükəsizliklə bağlı nəticələri var. NATO Avstraliya, Yaponiya, Yeni Zelandiya və Cənubi Koreya kimi ölkələrlə daha yaxın çalışmalıdır. Hərbi güc təkbaşına yetərli deyil, NATO-nu siyasi cəhətdən daha effektiv istifadə etməliyik”, - deyə Y.Stoltenberq bildirib.

Mənbə: Hürriyet
Популярный ролик