Britaniyalı nazir Şəhidlər Xiyabanında - FOTOLAR

Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti Şəhidlər Xiyabanını ziyarət edib.

Telexeber.az xəbər verir ki, bu barədə Britaniyanın Azərbaycandakı səfiri Fergus Auld tvitter hesabında qeyd edib.


"Cənab nazir Leo Dokerti ilə Şəhidlər Xiyabanını ziyarət edib, 1990-cı il yanvarın 20-də Sovet İttifaqı qoşunlarının dinc əhaliyə divan tutması nəticəsində həyatını itirənləri yad etdik", - deyə qeyd edilib.

Qeyd edək ki, Böyük Britaniyanın Xarici İşlər Nazirliyinin Avropa və Şimali Amerika üzrə naziri Leo Dokerti fevralın 22-dən Azərbaycanda səfərdədir.
Популярный ролик