Marşrut avtobusları 9 gün işləməyəcək? - BNA AÇIQLADI

Marşrut avtobusları 9 gün işləməyəcək? - BNA AÇIQLADINovruz tətili ilə bağlı martın 20-dən 29-na qədər ölkədə qeyri-iş günü olduğu artıq hər kəsə məlumdur. Lakin insanları ən çox bir sual düşündürür:

9 günlük tətil müddətində ictimai nəqliyyat işləyəcək?
Telexeber.az xəbər verir ki, bunu Milli.Az-a açıqlamasında Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev deyib.

M.Ağayev: "Bu məsələylə bağlı qərar vermək Nazirlər Kabineti yanında Operativ Qərargahın səlahiyyətindədir. Bu səbəbdən də hər hansı bir açıqlma verə bilmərik. Qeyd etdiyim kimi bununla bağlı hər hansı bir açıqlamanı da Operativ Qərargah verə bilər, onlara aid məsələdir".
Популярный ролик