Həyat yoldaşına 25 milyonluq dəbdəbəli malikanə aldı

  • 31.08.2020, 11:41,
  • Şou
Həyat yoldaşına 25 milyonluq dəbdəbəli malikanə aldıKanadalı müğənni Castin Biber model həyat yoldaşı Heyli Bolduinə 25 milyon dollarlıq malikanə hədiyyə edib.

Telexeber.az-ın məlumatına görə, bu barədə “E-online” xəbər verib.
1000 kv.m-dən çox sahəsi olan dəbdəbəli ev Beverli-Hilz qapalı yaşayış kompleksində yerləşir. Malikanənin ərazisində tennis kortu, hovuz, söhbətkeş və yelləncək var.

Castinlə Heylinin qonşuları Eddi Mörfi, Silvester Stallone, Sofiya Verqara və Denzel Vaşinqton olacaqlar.

Xatırladaq ki, Castin Biber və Heyli Bolduin 2018-ci ildə ailə həyatı qurublar.
Популярный ролик