İmtahan nəticələri bu tarixdə açıqlanacaq

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024-cü il mayın 5-də ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə imtahanlar keçirilib.

Mərkəzdən Telexeber.az-a verilən məlumata görə, mayın 6-dan etibarən DİM-də imtahan protokollarının və cavab vərəqlərinin emalına başlanılacaq.


İmtahanlarda istifadə olunan yazılı cavab tələb edən açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 3 həftə ərzində elan olunması nəzərdə tutulur.
Популярный ролик