Fənn olimpiadalarının final mərhələsi baş tutdu - VİDEO

Fənn olimpiadalarının final mərhələsi baş tutdu - VİDEOBu gün 28-29 mart tarixlərində keçirilməli olan Respublika fənn olimpiadalarının koronavirus pandemiyası səbəbindən Azərbaycan dili, tarix, coğrafiya, kimya, biologiya, riyaziyyat və fizika fənləri üzrə final turu keçirilib.

Telexeber.az Baku.Tv-yə istinadən xəbər verir ki, imtahanlar Bakı, Şirvan, Mingəçevir şəhərləri, Quba rayonu və Naxçıvan Muxtar Respublikası olmaqla 6 müxtəlif mərkəzdə təşkil edilib. Təhsil İnstitutunun şöbə müdiri Fuad Qarayev bildirir ki, Olimpiadanın keçirildiyi mərkəzlərdə iştirakçıların təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədilə koronavirusa qarşı bütün qabaqlayıcı tədbirlər həyata keçirilib, dezinfeksiya işləri aparılıb.
Sevindirici məqam ondan ibarətdir ki, bütün respublika ərazisində hərarəti yüksək olan imtahan iştirakçısı faktı qeydə alınmayıb.

“Hər imtahan otağında cəmi 8 şagird var. Hər biri imtahan boyu maskadan istifadə edirlər.”- deyə imtahan nzəarətçisi Leyla Abbaslı bildirir.

Ümumilikdə fənn olimpiadalarında 588 şagird iştirak edir. Respublika mərhələsi aşağı və yuxarı olmaqla iki müxtəlif yaş qrupları üzrə aparılır.
Популярный ролик