Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olunub - FOTO

Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olunub - FOTOTəhsil Nazirliyində yeni kadr təyinatı olub.

Telexeber.az “Report”a istinadən xəbər verir ki, nazirliyin Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinə yeni müdir təyin edilib.
Təhsil nazirinin müvafiq əmri ilə bu vəzifə Nicat Məmmədliyə həvalə olunub.

N.Məmmədli bu vəzifəyə qədər nazirliyin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri olub.

Hazırda həmin şöbəyə rəhbərliyi Tural Əhmədov edir.

Qeyd edək ki, Elm, ali təhsil və orta ixtisas təhsili şöbəsinin keçmiş müdiri Yaqub Piriyev idi. O, eyni zamanda nazirlikdə Aparat rəhbərliyinin müavini vəzifəsini icra edir.
Təhsil Nazirliyinə yeni şöbə müdiri təyin olunub - FOTO
Популярный ролик