Tibb Universitetində kütləvi yoluxma barədə RƏSMİ AÇIQLAMA

Tibb Universitetində kütləvi yoluxma barədə RƏSMİ AÇIQLAMAATU tələbələri arasında kütləvi yoluxma yoxdur.

Telexeber.az xəbər verir ki, bunu sfera.az-a Azərbaycan Tibb Universitetinin mətbuat katibi Günel Aslanova deyib.
O bildirib ki, indiyədək ATU-nun yalnız bir fakültəsində - I Müalicə profilaktika fakültəsinin 6 qrupunda təhsil alan bir neçə nəfərdə COVID-19-a yoluxma aşkarlanıb:

"Həmin qruplar distant təhsilə keçirilib. Digər fakültələrimizin heç birində yoluxma halları qeydə alınmayıb”.

Mətbuat katibinin sözlərinə görə, ATU-nun bütün tədris binaları mütəmadi olaraq dezinfeksiya olunur:

"Klinik baza üzrə əyani dərslərə gələn hər bir tələbənin temperaturu ölçülür”.
Популярный ролик