Bu gün orta və yuxarı siniflər, universitetlər və kolleclər açılır

Bu gün orta və yuxarı siniflər, universitetlər və kolleclər açılırBu gündən orta və yuxarı siniflərdə, ali təhsil müəssisələrində (bəzi istisnalar olmaqla), kolleclərdə əyani tədrisə start verilir.

Telexeber.az xəbər verir ki, dərslər həftədə beş dəfə olmaqla əyani formada keçiriləcək.
Tədris olunmayan dərs saatları il ərzində tətil günləri hesabına bərpa ediləcək. Belə ki, tədris ilinin başlanması müddətləri nəzərə alınaraq, təhsil proqramlarının təhsilalanlar tərəfindən tam mənimsənilməsini təmin etmək məqsədilə ümumi təhsil pilləsinin ibtidai təhsil səviyyəsi üzrə payız tətili günlərindən 16-18 noyabr, qış tətili günlərindən 27, 28 yanvar tarixləri dərs günləri hesab ediləcək.

Ümumi təhsil pilləsinin ümumi orta və tam orta təhsil səviyyələri üzrə, eləcə də təhsil fəaliyyətini həyata keçirən digər müəssisələrdə payız tətili günlərindən 16-19 noyabr, qış tətili günlərindən 27, 28 və 31 yanvar tarixləri dərs günləri hesab ediləcək.

2021-2022-ci tədris ilində ölkənin ümumi təhsil müəssisələrində ümumilikdə, IX sinfində 132 881, XI sinfində isə 91 538 şagird oxuyacaq.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyində fəaliyyət göstərən ümumi təhsil müəssisələri üzrə isə 471 661 şagird təhsil alacaq. Onlardan IX sinfində 36 199, X sinfində 27 016, XI sinfində 23 707, XII sinfində 176 şagirdin oxuması ehtimal olunur.

Nazirlər Kabineti ali məktəblərdə dərslərin təşkili qaydalarına əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir.

Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

Qərara əsasən, ali və orta ixtisas təhsili müəssisələrində sinif otaqlarından (auditoriyalardan) eyni vaxtda mövcud yerlərin 70 faizindən çox olmamaqla sanitariya və gigiyena qaydalarına riayət olunmaqla istifadə edilir.

Eyni zamanda, müəllimlərin (professor-müəllim heyətinin) eyni zamanda, müəllim otağına (kafedraya) toplaşması məhdudlaşdırılıb.

Qeyd edək ki, orta məktəblərin ibtidai (I-IV) siniflərində dərslər sentyabrın 22-də başlayıb.
Популярный ролик