Bu gün Azərbaycanda Müəllimlər Günü qeyd edilir

Bu gün Azərbaycanda Müəllimlər Günü qeyd edilir5 oktyabr Beynəlxalq Müəllimlər Günüdür.

Telexeber.az bu bayram dünyanın 100-dən çox ölkəsində qeyd olunur.
5 oktyabr 1966-cı ildə YUNESKO və Beynəlxalq Əmək Təşkilatının birgə təşkilatçılığı ilə çağırılan konfransda müəllimlərin peşə fəaliyyətinin şərtlərini təyin edən "Müəllimlərin statusu haqqında" adlı ilk beynəlxalq sənəd imzalanmışdır. 1994-cü ildən isə həmin tarix YUNESKO tərəfindən Ümumdünya Müəllimlər Günü kimi təsis edilmişdir.

Bu tarix həmçinin BMT-nin də beynəlxalq və ümumdünya günlər sisteminə daxildir. Bu günün qeyd olunması müəllimlərin cəmiyyətdəki mövqeyi, təhsil və inkişafdakı roluna diqqət çəkməyi nəzərdə tutmuşdur.
Müstəqil Azərbaycanda isə bu tarix ulu öndər Heydər Əliyev tərəfindən 1993-cü il oktyabrın 5-də rəsmiləşdirilib.

Telexeber.az kollektivi olaraq, biz də müəllimlik adını layiqincə daşıyan dəyərli peşə sahiblərini təbrik edirik!
Популярный ролик