Naxçıvanda tarixi abidəni bərpa adı ilə bu hala saldılar - FOTO

Naxçıvanda 18-ci əsrə aid məbədin restavrasiya olunmadan sonrakı görüntüləri sosial şəbəkədə müzakirələrə səbəb olub. Belə ki, məbədə əlavə olunan müasir konstruksiyalar, həmçinin yeni növ təmir insanlar tərəfindən birmənalı qarşılanmayıb.

Telexeber.az xəbər verir ki, məsələ ilə bağlı "Unikal"a AMEA-nın Naxçıvan bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun müxbir üzvü Vəli Baxşəliyev deyib ki, sözügedən mədəbi inşaaat mühəndisləri bərpa edib:
"Həmin məbədi restavrasiya edəndə heç bizimlə məsləhət etməyiblər. Təkcə məbəd deyil, Naxçıvanda olan tarixi abidələrin bir çoxunda - Əlincə qalası, Qülüstan türbəsi, yəni bu bərpalarda müəyyən subyektivlik var. Bu da onunla bağlıdır ki, bəzən tarixçilərin fikirləri ilə razılaşmırlar və bu işi sırf inşaat mühəndisləri görür. Sonda isə bu cür uyğunsuz nəticələr yaranır. Təmir işlərini əvvəllər Naxçıvanda Tarix və Mədəniyyət Abidələrinin Bərpa İdarəsi edirdi. Digər abidələrlə bağlı biz məsləhətlər vermişdik, amma heç bir məsləhətimizə qulaq asmamışdılar. Lakin sözügedən məbədin bərpasından heç xəbərimiz də olmayıb. Ümumiyyətlə, restavrasiya belə olmalıdır ki, tarixi abidə neçənci əsrə aiddirsə, onun orijinalı qorunub saxlanmalı, ona uyğun bərpa edilməlidir. Orijinalı qorunmadığı üçün, bu cür bərpa heç kimə lazım deyil".
Популярный ролик