Azərbaycanla Əbu-Dabi Limanlar Qrupu arasında investisiya imkanları müzakirə edilib

İqtisadiyyat naziri Mikayıl Cabbarov Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi Limanlar Qrupunun ("AD Ports Group") baş icraçı direktoru Məhəmməd Cuma Əl-Şamisi ilə video formatda görüşüb.

Telexeber.az xəbər verir ki, bu barədə nazir "Tviter"də bildirib.
"Görüşdə qurumla ölkəmiz arasında əməkdaşlıq perspektivləri, biznes və investisiya imkanları barədə fikirlərimizi bölüşdük", - deyə o qeyd edib.
Популярный ролик