Xalq artistinin səhhəti ilə bağlı AÇIQLAMA

Xalq artisti, qarmon ifaçısı Aftandil İsrafilovun vəziyyəti ağır olaraq qalır.

Telexeber.az xəbər verir ki, bu barədə lent.az-a sənətkarın qızı Həcər xanım məlumat verib.
O qeyd edib ki, atasının vəziyyəti sabit ağır olaraq qalmaqdadır. “Heydər Əliyev Fondu onun səhhətini daim nəzarətdə saxlayır. Buna görə Fondun Prezidenti Mehriban Əliyevaya minnətdarıq”, - o bildirib.

Qeyd edək ki, kəskin plevritdən (ağciyərə su yığılması) əziyyət çəkən 81 yaşlı qarmon ifaçısı Aftandil İsrafilov noyabrın əvvəlində və dekabr ayında da xəstəxanaya aparılmış, daha sonra səhhəti normallaşmışdı. O uzun müddətdir xəstəxanada müalicə alır.
Популярный ролик