İsti havaya görə məktəb günləri qısaldıla bilər? - Nazir AÇIQLADI

"Məktəb günlərinin sayını azaltmaq uşaqlarımıza yaxşı təsir etmir".

Telexeber.az xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev deyib:


"Tədrisi ili nə qədər uzun olarsa, bu bizim övladlarımızın gələcəyi üçün daha yaxşıdır. Tədrisi qısaltmaqla, tədrisdən olan gözləntilər də qısalır. Biz isə tədrisdən olan gözləntiləri artırmaq stəyirik".

Onun sözlərinə görə, isti hava şəraitinə gəlincə, iyun 1-15-də olan isti hava proqnozu ilə sentybarın ilk 15 günündə havalar arasında ciddi fərqi yoxdur.

Qeyd edək ki, Azərbaycanda 2016-cı ildən tədris ilinin son günü iyunun 15-dir. Bundan əvvəl isə may ayının son günü idi.
Популярный ролик