Bərdədə kanal daşdı, ərazini su basdı - FOTO
- 03.08.2023, 07:24,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Yuxarı Qarabağ su kanalının Bərdə rayonunun Qaraqoyunlu kəndindən keçən hissəsində bəndin bir hissəsinin uçması nəticəsində ətraf ərazilər subasmaya məruz qalıb.
Telexeber.az xəbər verir ki, əraziyə FHN-in Qarabağ və Gəncə Regional mərkəzləri, Dövlət Yanğından Mühafizə Xidməti və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin, polis şöbəsinin, Meliorasiya və Su Təsərrüfatı ASC-nin əməkdaşları və texnikalar cəlb olunub.
Hazırda su basmasının qarşısının alınması üçün bəndbərkitmə işləri aparılır. Həmçinin sakinlərin və onların əmlakının təhlükəsiz şəkildə təxliyə edilməsi üçün zəruri tədbirlər həyata keçirilir.