''Nə oldu Paşinyan?'' mahnısı ilə rəqs edən məşhur dizayner: "Onu heç tanımıram"

Dünyaca məşhur İtalyan dizayner Alessandro Karuso ''Nə oldu Paşinyan?'' mahnısının sədaları altında rəqs edərək sosial şəbəkədə paylaşım edib.

Telexeber.az "Xəzər xəbər"ə istinadən xəbər verir ki, video qısa müddətdə milyonlarla istifadəçi tərəfindən bəyənilib.


“Azərbaycanlı istifadəçilər onun rəqsinə müxtəlif şərhlər yazıblar.”

“Xəzər Xəbər” moda və dizayn sahəsində fenomen olan Alessandro Karuso ilə əlaqə yaradıb. O, ''nə oldu Paşinyan?'' mahnısı ilə bağlı fikirlərini bölüşüb.

Ona Azərbaycan və Qarabağla bağlı da sual ünvanlanıb. Dünyaca məşhur italyan dizaynerin cavabı belə olub: Azərbaycan mənim üçün super ölkədir. Gözəl insanları var. Mən Azərbaycanı sevirəm. Mahnıda adı keçən Paşinyanı isə heç tanmıram.

“Bilirəm ki, Qarabağ Azərbaycandır.”

Lakin hələ ki, orada olmamışam və canlı görməmişəm deyə, əlavə məlumatım yoxdur. Bir daha vurğulamaq istəyirəm ki, mən bütün dünyanı sevirəm və bununla heç kəsi incitmək istəməmişəm".

Məşhur dizayner bu il sentyabrda Azərbaycana gəlmək istədiyini də sözlərinə əlavə edib.
Популярный ролик