“50 ildə bu dərəcədə görməmişliklə rastlaşmamışam” - BDU-nun müəllimi

Yeni tədris ilinin ilk günündə valideynlərdən birinin ali məktəbə daxil olan qızına hədiyyə etdiyi avtomobili universitetin qarşısında nümayiş etdirməsi sosial şəbəkələrdə böyük müzakirələrə səbəb olub.

Belə ki, qızına aldığı avtomobilin dövlət nömrə nişanının yerinə “TƏLƏBƏ QIZIM” sözünü yazdıran valideyn üzü şarlarla bəzədilən avtomaşını düz Bakı Dövlət Universitetinin qapısında saxlayıb.


Telexeber.az yenisabah.az-a istinadən xəbər verir ki, olay haqqında fikirlərini açıqlayan BDU professoru Elmira Muradəliyevə bunu “görməmişlik” kimi qiymətləndirib.

“Bu fotoya fikir verin-atanın tələbə adını qazanmış qızına məhz universitet qarşısında hədiyyəsi.

50 ildir ki, BDU-da müəllim kimi çalışıram, ancaq bu dərəcədə görməmişliklə rastlaşmamışam!

Bəlkə də ali təhsil görməmiş ailədə bu qız ilkdir ki, ali təhsil ocagına təmtərahla ayaq basır.


Çox acıdır. Günümüzdə nə qədər ehtiyacı olanlar var, elə bütün xalqa qələbə sevinci yaşatmış şəhid, qazi ailələri. Yardım əllər məhz bu insanlara uzanmalıdır”.
Популярный ролик