30 il əvvəl Xocavənddə itkin düşmüş şəxsin nəşi ailəsinə təhvil verildi
- 28.09.2023, 10:11,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Birinci Qarabağ müharibəsi zamanı Xocavənd rayonunun Edilli kəndində itkin düşmüş, 30 il sonra meyit qalıqları tapılmış Nağıyev Cahid Şəfa oğlunun nəşi ailəsinə təhvil verilib.
Telexeber.az "Report"a istinadla xəbər verir ki, hazırda mərhumun nəşi vida mərasimi keçirilməsi üçün Nərminanov rayonundakı evinə aparılır.
Vida mərasimi başa çatdıqdan sonra C.Nağıyevin meyitinin qalıqları Füzuli rayonuna aparılacaq.
O, doğulduğu Füzuli rayonunun Aşağı Seyidəhmədbəyli kəndində torpağa tapşırılacaq.
Qeyd edək ki, C.Nağıyev 1993 il avqustun 8-də Füzuli rayonu “Murquzlu” dağı "Üçtəpə" yüksəkliyi ərazisində itkin düşüb.