Gəncədə xəstənin qarnında qayçı unudan həkimlər cəzalandırıldılar - RƏSMİ
- 14.01.2020, 21:42,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Gəncədə xəstənin qarnında qayçı qoyan həkimlər və tibb işçilərilə bağlı rəsmi qərar verilib.
Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən BAKU.WS-ə bildirilib.
Verilən məlumata görə, 2 iyul 2019-cu il tarixində pasient Gəncə Şəhər Təcili Tibbi Yardım Xəstəxanasında əməliyyat olunub.
2 dekabr 2019-cu il tarixində xəstə ağrılarla özəl klinikalardan birinə müraciət edib və qarın boşluğunda qayçı olduğu aşkarlanıb.
Həmin gün yenidən Gəncə Şəhər Təcili Tibbi Yardım xəstəxanasında əməliyyat olunaraq qayçı çıxarılıb.
Hadisədən sonra xəstəxananın baş həkimi və baş həkimin müavininə xəbərdarlıq, əməliyyat aparan iki həkim və tibb bacısına isə şiddətli töhmət elan edilib.