Bu ərazilərdə siqnal verənlər cəzalandırılacaq - RƏSMİ XƏBƏRDARLIQ
- 16.02.2024, 11:42,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
DİN-in Baş DYP İdarəsi səs siqnallarından istifadə qaydaları barədə məlumat yayıb.
İdarədən Telexeber.az-a verilən məlumatda bildirilir ki, son zamanlar paytaxt ərazisində bir çox hallarda səs siqnallarından yersiz istifadə olunması, digər hərəkət iştirakçılarının, eləcə də ətrafda yaşayan sakinlərin ciddi narazılığına və narahatlığına səbəb olur:
"Yol hərəkəti haqqında" Qanuna əsasən səs siqnallarından yalnız aşağıdakı hallarda istifadə oluna bilər:
1) yaşayış məntəqələrindən kənarda ötmə niyyəti haqqında başqa sürücüləri xəbərdar etmək üçün zəruri olan hallarda;
2) yol-nəqliyyat hadisəsinin qarşısını almaq üçün.
Bu hallardan başqa, səs siqnallarından istifadə olunması İnzibati Xətalar Məcəlləsinin 329.3-cü maddəsinə əsasən inzibati məsuliyyət yaradır.
Bir daha bütün sürücülərdən qanunda nəzərdə tutulan qaydalara ciddi riayət etmələrini xahiş edirik".