Yağış yağacaq, külək güclənəcək - Bu tarixədək

Bakı və Abşeron yarımadasında mayın 24-ü axşamdan 26-sı axşamadək fasilələrlə yağış yağacağı gözlənilir.

Bu barədə Telexeber.az-a Milli Meteorologiya xidmətindən bildirilib.
Qeyd edilib ki, Axşam yarımadanın bəzi yerlərində qısamüddətli intensivləşəcəyi ehtimalı var. 25-i günün birinci yarısında şimal küləyinin arabir 15-20 m/s-dək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında mayın 24-ü gündüzdən 27-dək bəzi yerlərdə arabir yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Naxçıvan MR, Qarabağ və Şərqi Zəngəzur, Qazax-Gəncə, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

Mayın 25-dən 26-sı gündüzədək şərq küləyinin 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcəyi gözlənilir.

Çaylarda, o cümlədən Kür, Araz, Qanıx və Qabırrı çaylarında sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin ərazisindən axan bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.
Популярный ролик