11 taksi sifarişi operatoruna icazə verildi
- 19.07.2024, 20:40,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Taksi və taksi sifarişi operatorlarının fəaliyyətinə icazə tətbiq edilib və 11 taksi sifarişi operatoruna artıq icazə verilib.
Telexeber.az xəbər verir ki, bu barədə mobillik sahəsində qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı keçirilən brifinq zamanı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayev bildirib.
Onun sözlərinə görə, taksi daşımalarında 9001 buraxılış vəsiqəsi verilib, 8954-ü fərdi sahibkar, 47-i hüquqi şəxs olub.
Anar Rzayev qeyd edib ki, 11.854 nəqliyyat vasitəsinə buraxılış kartı verilib, 683-ü hüquqi şəxslərə, 11.171 isə fərdi sahibkarlara məxsus olub.
"Nəqliyyat vasitələrinin 8367-nin (-71%) istehsal tarixi 2009-2015-ci illər, 3487-nin (-29%) istehsal tarixi isə 2016-2024-cü illər arasında olub", - Anar Rzayev bildirib.
O əlavə edib ki, 25.084 nəfər təlimə cəlb olunmuş, 23.434 nəfər təlimi bitirərək şəhadətnamə alıb.