Mürsəl Əliyevə vəzifə verildi
- 07.06.2026, 10:19,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Müdafiə Sənayesi Nazirliyinə məxsus "Mərkəzi Təminat və Marketinq İdarəsi" MMC-yə yeni direktor təyin edilib.
Telexeber.az nazirliyə istinadən xəbər verir ki, şirkətin yeni direktoru Mürsəl Əliyevdir.
O, bu vəzifədə Ramin İsrafilovu əvəz edib.
Xatırladaq ki, "Mərkəzi Təminat və Marketinq İdarəsi" 2006-cı ildə kommersiya qurumu kimi dövlət qeydiyyatına alınıb.