Bakı-Tbilisi qatarlarına əlavə vaqonlar qoşulur
- 10.06.2026, 11:41,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

"Azərbaycan Dəmir Yolları" QSC (ADY) yüksək sərnişin tələbatını qarşılamaq məqsədilə Bakı-Tbilisi-Bakı qatarı ilə sərnişindaşıma imkanlarını genişləndirir.
Telexeber.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyətindən bildirilib.
Məlumata əsasən, tətil və məzuniyyətlər dövrü olan yay mövsümündə qatarla səyahətə tələbatın daha da artması ilə 11 iyundan etibarən Bakıdan və 12 iyundan Tbilisidən hərəkət edən qatarlara əlavə vaqon qoşularaq daha çox sərnişinin daşınması təmin ediləcək: "Biletləri dəmiryol kassaları, ADY-nin rəsmi saytı və "ADY Mobile" tətbiqindən əldə edə bilərsiniz".