Çimərliklərdə gözlənilən hava şəraiti açıqlandı

Abşeron çimərliklərində gözlənilən hava şəraiti açıqlanıb.

Telexeber.az xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.
Bildirilib ki, iyunun 18-də şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Şimal çimərliklərində - Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zuğulba 21-22, cənub çimərliklərində - Türkan, Hövsan, Sahil, Şıx 23-24 dərəcə isti olacaq.
Популярный ролик