Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcək

Qanunverciliyə “hərbi qulluqçuların şəxsi jetonu” anlayışı daxil edilib.

Telexeber.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Hərbi vəzifə və hərbi xidmət haqqında" qanuna dəyişiklikdə əksini tapıb.
Qanuna əsasən, şəxsi jeton həlak olmuş, ölmüş, xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçuların şəxsiyyətini müəyyən etmək üçün istifadə edilən, fərdi identifikasiya nömrəsini və qan qrupunu özündə əks etdirən nişandır. Hərbi qulluqçular hərbi xidmət keçdikləri dövlət orqanları (dövlət orqanının strukturuna daxil olan qurumlar) tərəfindən şəxsi jetonla təmin edilirlər. Hərbi qulluqçuların şəxsi jetonla təmin edilməsi, həmçinin şəxsi jetonun təsviri, xüsusiyyətləri və uçotunun aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Популярный ролик