Bakı–Balakən qatarlarının hərəkət marşrutu müvəqqəti dəyişdirilir
- 09.07.2026, 10:47,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+

Bu gündən, iyulun 20-dək Bakı–Balakən qatarları Qax stansiyasına qədər hərəkət edəcək.
Telexeber.az bu barədə "Azərbaycan Dəmir Yolları" QSC-yə (ADY) istinadən xəbər verir. Məlumata görə, Balakən–Bakı qatarları isə Qax stansiyasından hərəkətə başlayacaq.
Həmçinin bu gündən etibarən iyulun 20-nə qədər Qorağan, Əliabad, Zaqatala, Göyəm və Balakən stansiyalarına bilet satışı müvəqqəti dayandırılıb.
Sərnişinlərin digər stansiyalardan Qax stansiyasına və əksinə çatdırılması üçün ödənişsiz avtobuslar təyin ediləcək.