Ötən il xarici kəşfiyyata casusluq edən şəxslərin sayı AÇIQLANIB

Ötən il xarici kəşfiyyata casusluq edən şəxslərin sayı AÇIQLANIBÖtən il Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyəti məqsədilə xarici xüsusi xid­mət orqanları ilə əlaqədə şübhəli bilinən 5 nəfər, məxfi əməkdaşlığa cəlb olunan 1 nəfər müəyyən edilib.

Telexeber.az xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidmətinin (DSX) 2021-ci ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat müşavirəsində bildirilib.
Bundan başqa, ötən il terrorçuluğa qarşı mübarizə çərçivəsində xaricdə münaqişə zonalarında döyüşmüş 6 nəfər saxlanılıb.

Bu qəbildən olan daha 11 nəfər müəyyən edilmiş, narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 15, qaçaqmal­çılıqla məşğul olan 5 mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib.
Həmçinin 71 nəfər sərhəd, 41 nəfər rejim pozucusu, 11 nəfər qeyri-leqal miqrant saxlanılıb.
Популярный ролик