Sosial şəbəkədə yayılan məlumatla bağlı cinayət işi AÇILDI
- 27.04.2022, 08:52,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Lənkəran rayonu ərazisində ağacların kəsilməsi ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumat üzrə Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində yoxlama aparılıb.
Bu barədə Baş Prokurorluqdan Telexeber.az-a verilən məlumatda bildirilib.
Rəsmi məlumata görə, Lənkəran rayonu, Bəliton kəndində yerləşən 8 saylı dolayda müxtəlif cinsli 1 ağacın kökünün kəsilməsi və 3 ağacın kökünün kəmərlənərək zədələnməsi nəticəsində 260 manat ziyan dəyib.
Faktla bağlı Lənkəran şəhər polis şöbəsində İnzibati Xətalar Məcəlləsinin 253-cü (meşə sahələrində və meşə fonduna daxil olmayan sahələrdə ağacların, kolların və digər yaşıllıqların qanunsuz kəsilməsi (götürülməsi), zədələnməsi və ya məhv edilməsi) maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraat başlanılıb.
Eyni zamanda, Baş Prokurorluq tərəfindən aparılmış yoxlama nəticəsində vəzifəli şəxslərinin fəaliyyətində qanun pozuntularını doğuran səbəb və şərait aşkar olunduğundan onların aradan qaldırılması məqsədilə müvafiq tədbirlərin görülməsi üçün Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidmətinə təqdimat göndərilib.