Azərbaycanın “Avroviziya”da səsləri niyə ləğv edilib? - Səbəb açıqlandı

Azərbaycanın “Avroviziya”da səsləri niyə ləğv edilib? - Səbəb açıqlandıAvropa Yayım Birliyi (EBU) “Avroviziya-2022” Mahnı Müsabiqəsində 6 ölkənin münsif səslərinin ləğv olunmasının səbəbini açıqlayıb.

Telexeber.az xəbər verir ki, EBU həmin ölkələrin bir-birini öz sıralamalarında “TOP 5”də qeyd etdiyi və bunun qaydalara zidd olduğunu deyib. Bu səbəbdən xallar sıfırlanıb.
Qeyd edək ki, Avropa Yayım Birliyi 6 ölkəni - Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San-Marinonu münsiflər heyətindən çıxarıb. Buna münsiflər heyətinin səsverməni manipulyasiya etməkdə şübhəli bilinən cəhdləri səbəb göstərilib.

Azərbaycan aparıcısı canlı efirdə səsləri elan edə bilməyib və EBU özü səsləri açıqlayıb. Azərbaycan birinci yerdə Ukraynanı göstərsə də, səslər Böyük Britaniyaya yazılıb.
Azərbaycanın “Avroviziya”da səsləri niyə ləğv edilib? - Səbəb açıqlandı
Популярный ролик