Həbsxanaya mərcinin içində narkotik keçirilməsinin qarşısı alınıb
- 14.06.2022, 15:21,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ədliyyə nazirliyi Penitensiar xidmətin əməliyyat aparatının həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində 8 saylı cəzaçəkmə müəssisəsinə narkotik və psixotrop maddələrin keçirilməsi cəhdinin qarşısı alınıb.
Penitensiar Xidmətdən Telexeber.az-a verilən xəbərə görə, Cinayət Məcəlləsinin 234.4.1; 234.4.3; 317-2.1; 317-2.2; 66.3 və 67.1-ci maddələri ilə təqsirli bilinərək 2 il 6 ay müddətinə azadlıqdan məhrum edilmiş məhkum Pərvin Xanməd oğlu Həşimov ilə qısamüddətli görüşə gəlmiş qohumu Ucar rayon sakini Mehman Əmiraslan oğlu Həsənov tərəfindən gətirilmiş sovqata baxış keçirilən zaman oradakı sellofan paketdəki mərcinin içərisində səpilərək xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,557 qram olan narkotik maddə - heroin və digər sellofan paketdəki düyünün içərisində xüsusi üsulla gizlədilmiş ümumi çəkisi 0,046 qram olan psixotrop maddə - metamfetamin aşkar edilib.