Bir neçə gün öncə Sumqayıtda qadına təpik atan sürücü işinə qaytarılıb.
Telexeber.az xəbər verir ki, Aqil Kosayev adlı sürücü işinə bərpa edilib. O bir daha belə halın təkrarlanmayacağını deyib.
Xatırladaq ki, mübahisə zamanı qadın sərnişin sürücünü təhqir edib. Daha sonra əlindəki çanta ilə onun başına vurub. Bundan sonra sürücü qadını təpiklə itələyərək avtobusdan atıb. Hadisə zamanı qadın qapıdan yola yıxılıb.