Ehtiyatda olan polkovnik məhkəmədə vəfat etdi - FOTO
- 08.07.2022, 10:31,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıtda məhkəmədə ölüm hadisəsi qeydə alınıb.
Telexeber.az xəbər verir ki, bu haqda Qarabağ qazisi Rey Kərimoğlu feysbuk hesabında yazıb.
O bildirib ki, ehtiyatda olan polkovnik-leytenant Şahmurad Məmmədovun məhkəmədə ürəyi partlayıb, dünyasını dəyişib.
“Məhkəmə və bank 5 uşaq atasının bütün pensiyasını borca yönəldibmiş”, - deyə Rey Kərimoğlu paylaşımında qeyd edib.
Qeyd edək ki, Şahmurad Məmmədov həm də QHT rəhbəri idi.