Azərbaycanda 89 dövlət əmlakı hərraca çıxarılacaq
- 30.08.2022, 09:32,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti sentyabrın 6-da və 13-də özəlləşdirmə hərracları keçirəcək.
Bu barədə Telexeber.az-a nazirlikdən bildirilib.
Məlumata görə, ilk hərraca 10 kiçik dövlət müəssisəsi, 49 nəqliyyat vasitəsi, növbəti hərraca isə 5 səhmdar cəmiyyətin səhm paketi, 25 nəqliyyat vasitəsi çıxarılacaq. Beləliklə, ümumilikdə 89 əmlak potensial investorlara təklif olunacaq.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektlərinin əksəriyyəti torpaq sahələri ilə birgə özəlləşdirilməyə çıxarılacaq.
Özəlləşdirilməyə çıxarılan səhmdar cəmiyyətləri sənaye, kənd təsərrüfatı, təmir sahələrinə aiddir. Onların səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.
Özəlləşdirilməyə çıxarılan nəqliyyat vasitələrinin isə əksəriyyəti Cənubi Koreya və Amerika istehsalıdır. Avtomobillərin buraxılış tarixləri isə 1993-2013-cü illəri əhatə edir.
Hərraca çıxarılan dövlət əmlakının tam siyahısı: ( https://bit.ly/3mmNVpB )