Bakıda dəhşətli "Prius" qəzasında həlak olan qadın klinikada çalışırmış - FOTO
- 20.09.2022, 08:58,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Bu gün səhər saatlarında Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yaxınlığında qeydə alınan dəhşətli qəzada ölən şəxslərin kimliyi müəyyən olunub.
Telexeber.az "Baku.ws"ə istinadən xəbər verir ki, hadisə zamanı dünyasını dəyişən gənc qadın kosmetoloq Məmmədova Mahirə Mahir qızıdır. Klinikanın direktoru Natavan Babayevanın "Baku.ws"ə verdiyi məlumata görə, vəfat edən xanım onun işçisi olub.
Mahirə Məmmədova paytaxtın estetik klinikalarının birində çalışırmış və qəza baş verən gün də işə getdiyi ehtimal olunur.
Avtomobili idarə edən şəxs gənc xanımın həyat yoldaşı Nəbiyev Anar Eldar oğludur.
Cütlüyün azyaşlı iki övladı qalıb.
Qeyd edək ki, hadisə zamanı yüksək sürətlə hərəkət edən “Toyota Prius” markalı avtomobil su daşıyan “KamAZ”a çırpılıb. Qəza nəticəsində sürücü və onun sərnişini hadisə yerində keçinib.