Elnur Kələntərov İŞİNDƏN AYRILDI - SƏBƏB

Elnur Kələntərov İŞİNDƏN AYRILDI - SƏBƏB
Dövlət Miqrasiya Xidmətinin (DMX) İctimaiyyətlə Əlaqələr İdarəsinin rəisi Elnur Kələntərov işdən çıxıb.

Telexeber.az xəbər verir ki, bu barədə o, özü məlumat verib.

E.Kələntərov bundan sonra fəaliyyətini "For Azerbaijan" Beynəlxalq Təşkilatın Azərbaycan nümayəndəliyinin rəhbəri qismində davam etdirəcəyini bildirib.

Qeyd edək ki, E.Kələntərov 2020-ci ilin yanvar ayında Dövlət Miqrasiya Xidmətinin İctimaiyyətlə əlaqələr idarəsinə rəis təyin edilib. E.Kələntərova ötən il polkovnik rütbəsi verilib.
Популярный ролик