Azərbaycanlı musiqiçi həbs edildi - FOTO

Azərbaycanlı musiqiçi həbs edildi - FOTOTəbrizdə azərbaycanlı musiqiçi və bəstəkar həbs edilib.

Telexeber.az xəbər verir ki, bu barədə Azad İran teleqram kanalı məlumat yayıb. Bildirilir ki, təbrizli sənətkar Əbülfəz Əbulməali noyabrın 21-də Təbrizdəki iş yerində həbs olunub.
Azərbaycanlı musiqiçi və bəstəkarın həbsinin səbəbləri və harada olması barədə məlumat yoxdur.

Qeyd edək ki, hökumət əleyhinə nümayişlərin əhatə dairəsinin kəskin şəkildə genişlənməsi ilə İslam Respublikası rejiminin qüvvələri Güney azərbaycanlıları geniş həbs dalğasına start veriblər. Həbs olunanların dəqiq sayı barədə məlumat yoxdur. İnternetin kəsilməsi və bütün media mesajlarının hökumət tərəfindən bloklanması səbəbindən xəbərlər ləng göndərilir.
Azərbaycanlı musiqiçi həbs edildi - FOTO
Популярный ролик