Sumqayıtda evdə tək olan iki uşağın yanaraq öldüyü hadisənin TƏFƏRRÜATI - VİDEO
- 05.12.2022, 09:05,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Sumqayıtın Kimyaçılar qəsəbəsində baş vermiş dəhşətli yanğın hadisəsi ilə bağlı bəzi detallar məlum olub.
Telexeber.az xəbər verir ki, hadisə şahidlərinin Baku TV-yə verdikləri açıqlamaya görə, yanğın zamanı ölən körpələrin valideynləri evdə olmayıblar. Belə ki, ata həmin vaxt işdə, ana isə məişət tullantılarını atmaq üçün çöldə olub və qapını bağlayıb.
Qonşulardan biri hadisəni belə təsvir edib: “Çıxdım ki, hamı yığışıb. Ev yanır. Gəldik, dedilər ki, qapılar bağlıdı, uşaqlar içəridə qalıb. Səbəbini hələ heç kim bilmir. Deyilənə görə elektrikdən olub yanğın”.
Yanan evlərdən birinin sakini Ofelya Hüseynova isə bildirib ki, tüstü çıxdığını görən kimi qonşuları çağırıb, qapını sındırıblar, amma alov bütün evi bürüyübmüş: “Ondan sonra söndürmək mümkün olmadı. Uşaqlar da evdəydi”.
Daha ətraflı Baku TV-nin süjetində: