Bakıda küçədə öldürülən qadınla bağlı yeni faktlar - FOTO
- 09.12.2022, 10:03,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Paytaxtın Xətai rayonunda 1983-cü il təvəllüdlü Raminə Qəribovanın küçədə öldürülməsi barədə yeni məlumatlar məlum olub.
Telexeber.az Qafqazinfo-ya istinadən xəbər verir ki, R.Qəribovanı öldürən keçmiş yoldaşı İlqar Qəribov mərhumun bibisioğlu imiş.
Qeyd edək ki, R.Qurbanova saç ustası işləyirmiş.
Xatırladaq ki, zərərçəkmişin keçmiş əri 1976-cı il təvəllüdlü İ.Qəribovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək Raminə Qəribovanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Xətai rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
İlqar Qəribov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Hazırda iş üzrə istintaq davam edir.