Sabiq XİN rəhbəri tapşırıqla işçi götürdüyünü etiraf etdi: "Pis uşaqlar deyil..." - VİDEO

Sabiq XİN rəhbəri tapşırıqla işçi götürdüyünü etiraf etdi: "Pis uşaqlar deyil..." - VİDEOSabiq xarici işlər naziri Elmar Məmmədyarov vəzifədə olduğu müddətdə XİN-ə işə götürdüyü şəxslərdən danışıb.

Telexeber.az xəbər verir ki, o, bu barədə APA TV-nin əməkdaşının “Nazir olduğunuz müddətdə qohumlarınızın və ya hansısa məmurun tapşırığı ilə kimisə işə qəbul etmisiniz?” sualını cavablandırarkən bildirib.


“Azərbaycan böyük ölkə deyil, bir ailə kimidir. Mümkün olmayan şeydir ki, kiminsə oğlu, nəvəsi işə düzəlməsin. Əlbəttə, kimi soruşsanız, görəcəksiniz. Bu, təbii məsələdir. Özü də pis uşaqlar deyil, hamısı savadlıdır. Deməzdim ki, XİN-də bütün kollektiv qohumluğa görə işə qəbul olunub,” - sabiq XİN başçısı suala cavab olaraq bildirib.

Həmin müsahibəni təqdim edirik:
Популярный ролик