Nazirlər Kabineti "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nda dəyişiklika edib.
Siyahıya yeni ixtisaslar əlavə edilib.
Bunlar aşağıdakılardır:
Filiz və kömür hasilatı sahələrində
- Filizin emalı
- qırma, daşıma, topaqələviləşdirmə sahələrində nəzarətçilər
- qaynaqçılar
- əməliyyat bölməsində operatorlar
- qırma, daşıma, topaqələviləşdirmə sahələrində operatorlar
- metallurqlar
- əməliyyat bölməsinin rəhbəri
- texniki xidmət və inzibati dəstək bölməsinin rəhbəri
- geologiya və dağ-mədən işləri bölməsinin rəhbəri
- kəşfiyyat işləri üzrə müdir-layihə müdiri
- elektriklər, baş elektriklər
- bütün adlarda energetiklər
- filizə nəzarət texnikləri
Neft, qaz və qaz kondensatının hasilatı qəbulu və saxlanması sahəsi üzrə
Əvvəla bu sahələrin siyahısı genişləndirilib. İndiyədək güzəştli şərtlərlə pensiyaya çıxma imkanı yalnız neft-qaz və qaz kondensatının hasilatını aid idi, indi isə buraya onun qəbulu və saxlanması da aid olub.
Nəticədə bu sahədə çalışan aşağıdakı ixtisaslar da pensiyaya vaxtından əvvəl çıxa biləcək.
Neft, qaz və qaz kondensatının hasilatı, qəbulu və saxlanması sahəsi üzrə
a) fəhlələr:
- quyuların əsaslı təmirinin qazmaçıları
- dənizdə üzən buruq aqreqatlarının qazmaçıları
- işçi məhlulları laylara vuran nasos stansiyalarının maşinistləri
- buxarla hərəkət edən parafinsizləşdirici qurğuların maşinistləri
- neft laylarına buxarvuran generator qurğularının maşinistləri
- səyyar kompressorların maşinistləri
- qaldırıcıların maşinistləri
- quyuların sementlənməsi üzrə maşinistlər
- yuyucu aqreqatların maşinistləri
- texnoloji nasosların maşinistləri
- sementləşdirici aqreqatların motorçuları
- susuzlaşdırıcı və duzlaşdırıcı qurğuların operatorları
- layların hidravlik parçalanması üzrə operatorlar
- neft və qaz hasilatı üzrə operatorlar
- quyuların tədqiqatı üzrə operatorlar
- quyuların əsaslı və yeraltı təmirə hazırlanması üzrə operatorlar
- laylarda təzyiqin saxlanması üzrə operatorlar
- quyuların yeraltı təmiri üzrə operatorlar
- quyuların kimyəvi təmizlənməsi üzrə operatorlar
- quyularda geofiziki tədqiqatlar işini yerinə yetirən mədən-geofiziki partiyaların və dəstələrin fəhlələri: karotaj stansiyalarının qaldırıcılarının maşinistləri, karotajçılar, karotaj stansiyalarının maşinistləri, partladıcılar
- mədənlərdə tərkibində kükürdlü hidrogen olan (1,5%-dən çox) qazın kompleks qurğularının hazırlanması ilə məşğul olan nəzarət-ölçü cihazları və avtomatika üzra çilingərlər
- dəniz buruqları özüllərinin və estakadalarının quraşdırılması və təmiri üzrə çilingərlər
- neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan təmirçi-çilingərlər
- tərkibində hidrogen sulfid olan qaz və kondensatların mədəndən zavoda qədər nəql edildiyi boru kəmərlərinin xidməti ilə məşğul olan xətti boru kəməri çəkənlər
-neft, qaz və qaz kondensatı hasilatı obyektlərində bilavasitə məşğul olan, elektrik avadanlığının təmiri və xidməti üzrə elektrik montyorları texnoloji qurğuların təmiri üzrə çilingərlər
- daxiliyanma mühərriklərinin maşinistləri;
- qüllə quraşdırıcıları;
qüllə quraşdırıcı-qaynaqçıları;
- qüllə quraşdırıcı-elektrik montyorları;
- kompressor qurğularının maşinistləri
b) rəhbərlər və mütəxəssislər:
- neft, qaz və qaz kondensatı hasilatı üzrə (neft-qaz mədənlərində) sexlərin operativ islehsalat xidmətlərinin rəisləri və onların müavinləri
- quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları
- neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulla hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan ustalar böyük ustalar
- neft, qaz və qaz kondensatı hasilatı işlərində (neft-qaz mədənlərində), quyuların yeraltı və əsaslı təmiri işlərində, lay təzyiqinin saxlanması üzrə neft, qaz və qaz kondensatının təkrar üsulu ilə hasilatı, layların neftvermə qabiliyyətinin yüksəldilməsi üzrə işlərdə məşğul olan mexaniklər, böyük mexaniklər
- qüllə quraşdırma işlərinin iş icraçıları
Bu bölməyə ayrıca bir ixtisas alavə edilib
- kompressor qurğularının maşinistləri
Dəmiryol nəqliyyatı. Dəmiryol lokomotiv briqadalarının fəhlələri və ayrı-ayrı kateqoriyalı işçilər siyahısında da əlavələr edilib. Bura aşağıdakı ixtisaslar əlavə olunub:
- elektrik qatarlarının (seksiyalarının) maşinistləri
- elektrik qatarlarının (seksiyalarının) maşinistlərinin köməkçiləri
- motovoz maşinistləri
- motovoz maşinistlərinin köməkçiləri
- kompressor qurğusunun maşinisti
- drezin sürücüsünün köməkçisi
- yol nəzarətçisi
- tunel fəhlələri
- süni qurğular təmirçisi
- süni qurğular baxıcısı
- yol baxıcısı
- yol montyoru
- metropolitenin stansiya və tunel avadanlıqlarına xidmət göstəril- məsi üzrə elektrik çilingərləri
- avadanlıqların təmiri və qulluğu üzrə elektrik çilingəri
- metropolitenin metal konstruksiyalarına xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingərləri
- metropolitenin avadanlıqlarına xidmət göstərilməsi üzrə elektrik çilingərləri
- eskalatora xidmət göstərilməsi və təmiri üzrə elektrik çilingəri
- rezin məmulatların təmirçisi
- markşeyder işlərində dağ-mədən fəhləsi
- nəzarət vaqonunun tənzimləyicisi
- çəkiclə işləyən dəmirçi
- kontakt qaynaq maşınının qaynaqçısı
- yol, maşın və mexanizmlərin tənzimləyiciləri
- daxili sanitar-texniki sistem və avadanlıqların montajçısı
- ultrasəsli defektoskop aparatının operatorları və operator köməkçiləri
- ultrasəs nəzarəti üzrə defoktoskopçular
- izoləedicilər
- kabel lehimləyicisi
- əl ilə qaynaqda elektrik qaynaqçısı
Siyahıya əlavə edildən daha bir bölmə gecə vaxtı tunellərdə çalışanlara aiddir. Bunun üçün siyahıya ayrıca bölmə əlavə edilib - "Yalnız gecə vaxtlarında tunellərdə və yeraltı qurğularda daimi məşğul olan rəhbərlər, mütəxəssislər, texniki icraçılar". Bu siyahıya aiddir:
- bütün adlarda tunel ustaları (böyük tunel ustaları, tunel ustaları, tunel usta köməkçiləri)
- böyük elektrik mexanikləri
- elektrik mexanikləri (rabitə üzrə elektrik mexaniki)
- elektronçu
- təlimatçı maşinist
Daha bir yenilik "Bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri" sahəsi üzrə edilib.
Buradakı fəhlələrin siyahısında ixtisaslar dəqiqləşdirilib və yəni genişləndirilib. Belə ki, əvvəllər güzəştli şərtlərlə pensiyaya çıxan fəhlələrin ixtisası asfalt-beton bişirənlər və döşəyənlər idisə, indi bu ixtisaslar ayrılıb və belə olub:
- asfalt və beton döşəyənlər
- asfalt və beton bişirənlər
Nəhayət, Siyahıya edilən daha bir dəyişiklik "Metropoliten, yer qurğularının tikintisi və təmiri üzrə yeraltı işlər" bəndi üzrədir. Burada fəhlələr hissəsinə bir neçə ixtisas əlavə edilib. Bunlar aşağıdakılardır:
- üzlükçülər
- üzlükçü-tavaçılar
- üzlüklü-plitəçilər
Qeyd edək ki, "Əmək pensiyaları haqqında" qanuna əsasən, bu siyahıdakı şəxslər pensiyaya güzəştli şərtlərlə, yəni vaxtından əvvəl çıxmaq hüququna malikdirlər.
Belə ki, qanunun 9.1-ci maddəsinə əsasən siyahıda nəzərdə tutuan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır.
Qanunun 7-ci maddəsi isə bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxması üçün hansı tələblərə cavab verməsinə aiddir. Məsələ bundadır ki, pensiyaya çıxmaq üçün fərdi hesabda minimum məbləğdə pensiya kapitalı və ya minimum iş stajı tələb olunur.
Vaxtından əvvəl pensiyaya çıxanlardan da tələb olunur ki, onlar pensiyaya çıxmaq istədikləri vaxtda fərdi hesablarında minimum məblşəğdə pensiya kapitalı və ya azı 25 il iş stajına malik olsunlar.
Həmin maddədə deyilir: "63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır".
Nəhayət, vaxtından əvvəl pensiyaya çıxmaq barədə danışdıqda iki 2 vacib məqama diqqət yetirmək lazımdır.
Birincisi, vaxtından tez pensiyaya çıxmaq hüququna malikdir - yəni pensiyaya çıxıb-çıxmamaq həmin şəxslərin qərarından asılıdır. Yəni istəməyən şəxs bu hüquqdan istifadə etməyə bilər.
İkinci məqam odur ki, burada nəzərdə tutulan hüquq şəxsin axırıncı iş yerinin harada olmasından asılı deyil.