Xalq artisti Fatma Mahmudova estetik əməliyyat keçirib.
Telexeber.az xəbər verir ki, o, bu barədə "Elgizlə izlə" verilişində danışıb.
Aktrisa imicində etdirdiyi dəyişikliyi nümayiş etdirərək, "Səhnə və efir gözəllik tələb edir. Səhnə adamları, yaradıcı insanlar istəyirlər ki, tamaşaçı həmişə onları gözəl şəkildə görsün. Hələ dodağımda və üzümdə dəyişikliklər etməyə başlamışam. Yavaş-yavaş başqa əməliyyatlar da olacaq", - o bildirib.