"Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim" - Xalq artisti

"Möhlət istərdim ki, qızın üçün bir şey edə bilim" - Xalq artisti"Çox heyf, səndən heyf… Amma bu yazılmış yazı idi, buna pozu yox idi. Sən hər dəfə deyəndə ki, mən qızıma görə möhlət istəyirəm. Mən doğrudan da bir uşaq həvəsilə, elə bilirdim ki, nə qədər çox dua edən olsa, Allah bu duaları eşidəcək. Amma təəssüf ki, sənin yazın artıq yazılmışdı. Çox heyfslənirəm".

Telexeber.az axsam.az-a istinadən xəbər verir ki, bu sözləri Xalq artisti Afaq Bəşirqızı ötən gün vəfat edən Əməkdar artist Tünzalə Əliyeva haqda sosial şəbəkədə yazıb. Sənətçi səhhətinə görə vida mərasiminə qatıla bilmədiyini bildirib:
"Biz səninlə bir səhnəni, bir efiri bölüşə bilmədik, amma həmişə sənin sənətinə yüksək qiymət vermişəm. Çox təbii aktrisa idin. Tərəf müqabillərinlə bölüşməyi bacarırdın, xüsusi bir məktəb keçmişdin. Sənə tapşırılan bütün obrazları dolğunlaşdırırdın, hətta ən ağır bir anlarında mən səni efirdə görəndə, Dilarə xanımla zəngləşirdim, soruşurdum ki, necədir? Deyirdi, Afaq xanım, çox pisdir. Ona işləmək olmaz, amma sənətinə bağlılıq, övladının ehtiyacları hər şeydən önəmli idi.

Bu gün sən artıq yoxsan. Allah sənin o dünyanı versin, qızım. Səhhətim imkan vermədi ki, torpağa tapşırılma anında səninlə vidalaşmaq üçün yanında olum. Sənətkarın ən böyük mükafatı alqış sədalarıdır. Sən ən əziz, ən doğma sədalarla bizdən ayrıldın. Həmişə ürəklərdə rəhmətlə yaşayacaqsan. Sənin kimi bir az möhlət istərdim ki, Zəhra üçün nə isə bir şey edə bilim. Bütün incəsənət, mədəniyyət xadimləri inanıram ki, Zəhra balamızın Tünzalənin arzularını doğruldacaq övlad olmasına dəstək olacaq".

Qeyd edək ki, T.Əliyeva ötən gün uzun sürən xərçəng xəstəliyindən dünyasını dəyişib. Onun Zəhra adlı qız övladı var.
Популярный ролик