Əvəz Zeynallı həyat yoldaşı ilə görüşdü
- 02.02.2023, 11:04,
- Cəmiyyət
Facebook
Вконтакте
Одноклассники
Google+
Ötən ilin sentyabrında həbs edilən “Xural TV”nin baş redaktoru Əvəz Zeynallı ailəsi ilə gürüşüb.
Telexeber.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı Məlahət Zeyanallı pylaşım edib: "Nəhayət, 145 gündən sonra həyat yoldaşım Əvəz Zeynallı ilə Bakı İstintaq Təcridxanasında görüşə bildim. Bütün dostlara, doğmalara salam söylədi. Azadlıqda görüşmək ümidilə ayrıldıq. Ötən günlərdə ailə görüşümüzə qoyulan məhdudiyyətlərə etiraz olaraq keçirdiyim aksiyalarda bizə dəstək olan bütün dostlara təşəkkür edirəm", - deyə o qeyd edib.
Xatırladaq ki, Ə.Zeynallı "Baku Steel Company” şirkətinin həbsdə olan sabiq rəhbəri Rasim Məmmədovun ailə üzvlərindən külli miqdarda rüşvət almaqda təqsirləndirilir. Jurnalist barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü maddəsi ilə ittiham irəli sürülüb.